Noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Tbilisi Open” Karate turniri keçirilib.
Bizim.Media xəbər verir ki, turnir azərbaycanlı idmançıların uğurlu çıxışları ilə yadda qalıb.
Belə ki, Dünya məktəbinin 2-ci sinif şagirdi Miryusif Məcidov yarış çərçivəsində dörd görüş keçirib. İki gürcü və bir erməni rəqibinə qalib gələn Miryusif finalda digər erməni idmançısı ilə qarşılaşıb. Rəqibinə 12-3 hesabı ilə qalib gələn təmsilçimiz qızıl medala sahib olub.
Qeyd edək ki, Miryusif Məcidovun məşçisi Dünya və Avropa çempionatlarında dəfələrlə mükafatlar qazanmış karateçimiz Şahin Atamovdur.
Xatırladaq ki, “Tbilisi Open” turnirində kumite yarışlarında Şahin Atamovun yetirmələrindən Miryusif Məcidovla yanaşı Ayxan Nəcəfli, Zəhra Əhmədzadə, Dəniz Nəcəfli qızıl, Şirvan Ələkbərli gümüş, Elşad Babayev isə gümüş medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:20 / 27.11.2024
İdmançımız erməni rəqibinə qalib gələrək qızıl medal QAZANDI – FOTO/VİDEO
Hazırda oxunan: İdmançımız erməni rəqibinə qalib gələrək qızıl medal QAZANDI – FOTO/VİDEO
Hazırda oxunan: İdmançımız erməni rəqibinə qalib gələrək qızıl medal QAZANDI – FOTO/VİDEO
222574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.