"Mançester Yunayted" "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.
İngiltərə klubu 23 yaşlı gürcüstanlı vingerə 8 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır. İtaliya təmsilçisi isə Kvaratsxeliyanı komandada saxlamaq istəyir və 6 milyon avro maaşla müqavilə təklif edib.
Qeyd edək ki, Xviça Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.
Bizim.Media