AFFA Premyer Liqa klublarını cəzalandırdı

Hazırda oxunan: AFFA Premyer Liqa klublarını cəzalandırdı

222471

AFFA-nın İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XIV turunda oyunlar zamanı baş verən xoşagəlməz hadisələr müzakirə olunub, qaydalara riayət etməyən klublar cəzalandırılıb.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Səbail" - "Qarabağ" oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə "Səbail" 500 manat xərcə düşüb.


Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

"Neftçi" - "Zirə" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

"Turan Tovuz" - "Sabah" 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək.

"Sumqayıt" - "Şamaxı" görüşünün 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin