Azərbaycanda məşhur idmançıların adından istifadə olunaraq PUL YIĞILIB - DETALLAR

Hazırda oxunan: Azərbaycanda məşhur idmançıların adından istifadə olunaraq PUL YIĞILIB - DETALLAR

222442

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı dələduzluq edilib.

Bizim.Media idman.biz saytına istinadən xəbər verir ki, Taleh Məmmədov bir neçə məşhur idmançının adından istifadə edilərək külli miqdarda pul vəsaiti toplandığını bildirib.

"Mənə olimpiadanın, dünya çempionatının mükafatçısı və Avropa çempionun Teymur Məmmədovdan mesaj gəldi ki, ustadayam kartımda pulum bitib.

Təcili olaraq 200 manat pul istədilər. Mən də zəng etmədən pulu göndərdim. Həmin adamın məndə nömrəsi yox idi. Qonşuyuq, ona görə dedim insandır, hər şey ola bilər. Daha sonra mənə zəng gəldi. Dedilər ki, sənin adından bizdən pul istəyirlər. Bu sənsən? Ondan sonra bildim ki, aldanmışam. Sabiq boksçu Teymur Məmmədova zəng etdim və o da bildirdi ki, 1 həftədir mənim adımdan da pul yığırlar".

Veteran güləşçi, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də vurğulayıb:

"Mənim və bir neçə idmançının adından istifadə edilərək pul yığılır. Artıq mənim adımdan istifadə edərək 3-4 min manatadək pul alıblar. Bizim adımızdan bunu istəyən olsa, xahiş edirəm, heç kim verməsin. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bunu edənlər yəqin ki, tapılacaq".

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli də eyni halla üzləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin