Məmmədyarov bu gün Rəcəbov və Aronyanla qarşılaşacaq

Hazırda oxunan: Məmmədyarov bu gün Rəcəbov və Aronyanla qarşılaşacaq

22165

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "The FTX Crypto Cup"un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.

VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levin Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan şahmatçılarının bugünkü görüşlərinin təqvimi belədir:

VI tur

Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov

VII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Yan Nepomnyaşi (Rusiya) - (Teymur Rəcəbov)

VIII tur

Teymur Rəcəbov - Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

IX tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov

X tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)

İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin