"Neftçi"nin futbolçusu millidə DUBL ETDİ

Hazırda oxunan: "Neftçi"nin futbolçusu millidə DUBL ETDİ

221471

"Neftçi"nin futbolçusu Kilan Lebon Saint Martin millisinin heyətində növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, 27 yaşlı vinger KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub. 

Saint Martinin 3:0 hesablı qələbəsi ilə bitən oyunda Lebon dubl edib. O, oyuna start heyətdə çıxıb və 90+5-ci dəqiqədə İmri Şevalyer ilə əvəzlənib. Futbolçu həmçinin oyunun ən yaxşısı seçilib.
 

Qeyd edək ki, Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir. Qrupa Kurasao millisi 13 xalla liderlik edir. İkinci yerdə 9 xalla Saint Lusiya, 3-cü yerdə isə 7 xalı olan Qrenada qərarlaşıb. 


Qrenada - Saint Martin - 0:3

Qollar: Rahim Denis, 39, Kilan Lebon, 87, 90+3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin