Azərbaycan 7 medal qazandı - Rafael Ağayev çempion ola bilmədi... - FOTO

Hazırda oxunan: Azərbaycan 7 medal qazandı - Rafael Ağayev çempion ola bilmədi... - FOTO

22128

Xorvatiyanın Poreç şəhərində karate və parakarate üzrə Avropa çempionatları keçirilib.

Bizim.Media xəbər verir ki, karate üzrə Avropa çempionatını Azərbaycan komandası 4 medalla başa vurub. 

Belə ki, idmançılarımızdan İrina Zaretska (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rafael Ağayev Avropa çempionatının finalında uduzdu – YENİLƏNİB


Millimizin üzvləri Rafael Ağayev (75 kq) və Pənah Abdullayev (84 kq) gümüş medal, kumite milli komandamız isə bürünc medal əldə ediblər.

Bu nəticə ilə millimiz Türkiyə (6 qızıl, 2 gümüş, 1 bürünc medal), Almaniya (2 qızıl, 2 gümüş, 1 bürünc medal) və İspaniya (1 qızıl, 3 gümüş medal) yığmalarından sonra 4-cü sırada qərarlaşıb. 47 ölkədən 513 karateçinin iştirak etdiyi qitə çempionatında Azərbaycan komandası 15 idmançı ilə təmil olunub.

Parakarate üzrə Avropa çempionatını isə millimiz 3 medalla başa vurub. Belə ki, təmsilçimiz Emilia Mitilinova birinci, Sahib və Eldar Əhmədov üçüncü yeri tutublar.

Bu nəticə ilə komandamız ümumi hesabda üçüncü pillədə qərarlaşıb. Qitə çempionatında 5 qızıl, 2 gümüş medal qazanan İspaniya yığması birinci, aktivində 1 qızıl, 1 gümüş medal olan Macarıstan yığması isə ikinci yeri tutub.

Parakarate üzrə qitə çempionatında 15 dövlətdən 49 idmançı iştirak edib. Turnirdə Azərbaycanı 5 parakarateçi təmsil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin