Azərbaycanı dünya çempionatında 10 şahmatçı təmsil edəcək

Hazırda oxunan: Azərbaycanı dünya çempionatında 10 şahmatçı təmsil edəcək

220667

Noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində şahmat üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 8, 10, 12 yaşlı qız və oğlanların yarışında milli komandamızın 10 şahmatçısı mübarizə aparacaq.

Mundialda ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcək.

Ümumilikdə, yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin