“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Qeyd edək ki, I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:28 / 12.11.2024
“Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu
Hazırda oxunan: “Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu
Hazırda oxunan: “Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu
220282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.