“Zirə”nin zədələnən futbolçusunun SON DURUMU

Hazırda oxunan: “Zirə”nin zədələnən futbolçusunun SON DURUMU

220160

Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la oyununda (4:0) zədə ucbatından millinin toplanışından da kənar qalan “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadənin durumu bəlli olub. 

Bizim.Media xəbər verir ki, qəsəbə klubunun futbolçusunun zədəsi ciddidir.
 

Matçın 77-ci dəqiqəsindən sonra zədə aldığı üçün meydanı tərk edən “qartallar”ın hücumçusu bu gün MRT-dən keçəcək, lakin ən azı iki həftə komanda ilə məşq edə bilməyəcəyi gözlənilir.


Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş zədə səbəbindən Əhmədzadəni "Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə əvəzləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin