Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO

Hazırda oxunan: Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO

220012

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.


Azərbaycan Taekvondo Federasiyasınından Bizim.Media-ya verilən məlumata görə, Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.

Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin