İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Brayton” “Mançester Siti”ni qəbul edib.
Bizim.Media xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç Falmer Stadionunda baş tutub.
Oyuna “şəhərlilər” daha fəal başlayıb. Təzyiqi artıran qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar: Erlinq Holann ikinci cəhddən topu niderlandlı qapıçı Bart Verbrüggenin qoruduğu qapının çərçivəsindən keçirib.
78-ci dəqiqədə Fabian Hürtselerin yetirmələri status-kvonu bərpa ediblər: Juan Pedro cərimə meydançasında yaranmış qarışıqlıqda maksimum yararlanıb. Oyuna nəzarəti itirən “şəhərlilər” cəmi 5 dəqiqə sonra hesabda geri düşüblər: Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə özünün ilk, komandasının isə qələbə qoluna imza atıb – 2:1.
Beləliklə, bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə ardıcıl dördüncü məğlubiyyəti olub.
Günə Mersisaydda “Liverpul” – “Aston Villa” qarşılaşması ilə yekun vurulacaq.
Turun mərkəzi matçı sabah baş tutacaq: London derbisində “Çelsi” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:39 / 09.11.2024
“Mançester Siti” ardıcıl 4-cü dəfə məğlub oldu - VİDEO
Hazırda oxunan: “Mançester Siti” ardıcıl 4-cü dəfə məğlub oldu - VİDEO
Hazırda oxunan: “Mançester Siti” ardıcıl 4-cü dəfə məğlub oldu - VİDEO
219976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.