Superliqada daha bir məşqçi İSTEFASI

Hazırda oxunan: Superliqada daha bir məşqçi İSTEFASI

219580

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Bizim.Media xəbər verir ki, "Kasımpaşa" Sami Uğurlu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Sami Uğurlu ötən ilin noyabr ayında "Kasımpaşa"nın baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 11 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin