Fernandu Santuş millinin heyətini açıqlayacaq – BU TARİXDƏ

Hazırda oxunan: Fernandu Santuş millinin heyətini açıqlayacaq – BU TARİXDƏ

219460

Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.

Bizim.Media xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

“Noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında yığmamızın Millətlər Liqası çərçivəsində keçirəcəyi son oyunlar üçün heyəti açıqlanacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, millimiz noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə görüşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin