Millimizin futbolçusu heyətdən ÇIXARILDI

Hazırda oxunan: Millimizin futbolçusu heyətdən ÇIXARILDI

219403

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.

Bildirilib ki, “Neftçi”nin futbolçusu Kamil Məmmədovun tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.
 

“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaqlar.


Qeyd edək ki, U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin