"Liverpul" 75 azarkeşinə ömürlük QADAĞA QOYDU

Hazırda oxunan: "Liverpul" 75 azarkeşinə ömürlük QADAĞA QOYDU

218873

"Liverpul" 75 azarkeşinə ömürlük stadiona giriş qadağası qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Liverpul"un belə qərar qəbul etməsinə səbəb fanatların öz biletlərini yenidən satmasıdır.

Artıq həmin şəxslərin "Liverpul"un ev oyunlarını keçirdiyi "Enfild" stadionuna gəlməsi qadağandır. Klubun bu qərar qətidir və nəzərdən keçirilmir.

Bundan əlavə, bilet satışı ilə məşğul olan 136 nəfər qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb. Onlar möhtəkirliyə əl ataraq, abonement və biletlərdən istifadə qaydalarını da pozublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin