Cəbrayıl şəhərində Zəfər Gününə həsr olunmuş idman yarışları keçirilir – FOTO

Hazırda oxunan: Cəbrayıl şəhərində Zəfər Gününə həsr olunmuş idman yarışları keçirilir – FOTO

218768

Bu gün Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dəfə müxtəlif idman növləri üzrə yarışlara start verilib. 

Bizim.Media xəbər verir ki, 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. 

Yarışlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışılıb, Zəfər Gününün tariximizin qızıl səhifələrindən olduğu vurğulanıb. 
 

Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Zəngilan rayonu Ağalı kənd və Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdən ümumilikdə 192 şagird iştirak edir. 


Yarışda qalib gələcək komandalar medal, kubok və sertifikatlarla təltif olunacaq. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin