Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan yığması yarışda növbəti medalları qazanıb.
Bu gün 81 kq çəki dərəcəsində Ravin Alməmmədov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 151 kq-ı ram edib və fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Atletimiz təkanla qaldırma hərəkətində 187 kq-ı başı üzərinə qaldırıb və bu ona gümüş medal qazandırıb. Ravin toplamda 338 kq (151+187) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:08 / 30.10.2024
İdmançımız Avropa birinciliyində 3 medal QAZANDI
Hazırda oxunan: İdmançımız Avropa birinciliyində 3 medal QAZANDI
Hazırda oxunan: İdmançımız Avropa birinciliyində 3 medal QAZANDI
218528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.