Daha 4 komanda Azərbaycan kubokunda 1/8 finala YÜKSƏLDİ

Hazırda oxunan: Daha 4 komanda Azərbaycan kubokunda 1/8 finala YÜKSƏLDİ

218509

Futbol üzrə Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, 1/8 finalın daha 4 iştirakçısı bəlli olub.

"Şamaxı" "Şəmkir"ə, "Mingəçevir" "Zaqatala"ya, "Qaradağ Lökbatan" "Karvan"a, "Difai" isə "Şəfa"ya qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, mərhələnin 18 və 29 oktyabr tarixlərində oynanılan görüşlərindən sonra "Turan Tovuz", "Səbail", "Araz-Naxçıvan" və "Kəpəz" 1/8 finala adlayıb.

30 oktyabr (çərşənbə)

14:00. “Şamaxı” – “Şəmkir” - 6:1

Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov

Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala” - 1:0

Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan” - 3:0

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev

Lökbatan OİK stadionu

15:00. “Şəfa” – “Difai” - 2:3

Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev

“ASK Arena”

31 oktyabr (cümə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl” 

Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev

Şamaxı OİK stadionu

15:00. “Qəbələ” – “Bakı Sportinq”

Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev

Qəbələ şəhər stadionu

28 oktyabr (bazar ertəsi)

“Turan Tovuz” – “Hypers Quba” - 7:2 

29 oktyabr (çərşənbə axşamı) 

“Dinamo” – “Səbail” - 0:6 

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”  - 0:4 

“Ağdaş” – “Kəpəz” - 0:6 

MOİK – “Şimal”  - 3:1

1/8 finalın cütləri

“Turan Tovuz” – "Sabah"

MOİK – "Sumqayıt"

“Araz-Naxçıvan” – “Mingəçevir” 

“Kəpəz” / “İmişli” – “Cəbrayıl” 

“Səbail” – “Qaradağ Lökbatan” 

“Şamaxı” –  "Zirə"

“Difai” – "Neftçi"

“Qəbələ” – “Bakı Sportinq” / "Qarabağ"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin