Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatda bu gün final görüşünə çıxacaq.
Bizim.Media xəbər verir ki, Eldəniz Əzizli (55 kq) qızıl medal uğrunda görüşdə iranlı Poya Marz ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə münasibətlərə aydınlıq gətirəcək.
Qurban Qurbanov (82 kq) isə təsəlliverici qarşılaşmada Özbəkistandan olan Jalqasbay Berdimuratov ilə qarşılaşacaq.
Qadın güləşçilərimiz də mübarizəyə start verəcəklər. Alyona Kolesnik (59 kq) braziliyalı Ana Franka, Elis Manolova (65 kq) polşalı Nataliya Kubati ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:17 / 29.10.2024
Dünya çempionatında bu gün 3 yunan-Roma güləşçimiz final görüşünə çıxacaq
Hazırda oxunan: Dünya çempionatında bu gün 3 yunan-Roma güləşçimiz final görüşünə çıxacaq
Hazırda oxunan: Dünya çempionatında bu gün 3 yunan-Roma güləşçimiz final görüşünə çıxacaq
218249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.