Futbol üzrə Danimarka milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, Skandinaviya təmsilçisini Brayn Rimer çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə 2026-cı ilin 15 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Brayn Rimer 2022-2024-cü illərdə Belçikanın "Anderlext" klubunu çalışdırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media