"Barselona"nın futbolçusu Lamin Yamal gələcək hədəfləri haqda danışıb.
Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o, deyib:
"Mən "Barselona"da əfsanə kimi yadda qalmaq istəyirəm. Özümdən sonra miras qoya bilsəm möhtəşəm olar. Bu böyük klubun tarixinin bir hissəsi olmaq inanılmazdır."
17 yaşlı ispaniyalı hücumçu qarşıdakı "Real"la matç haqda da söz açıb: "Biz inanırıq ki, dünyanın ən yaxşı klubuyuq, bunu da sübut edirik. Biz tam gücümüzlə çalışacağıq. Güclü olan qalib gəlsin".
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 13 oyuna çıxaraq 5 qol vurub və 7 qolun ötürməsini edib.
Bizim.Media