Güləşçilərimiz dünya çempionatında daha 2 medal QAZANDI

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatında daha 2 medal QAZANDI

217492

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, mundialın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdiriblər. 

Azərbaycan millisinin 2 idmançısı medal üçün mübarizə aparıb.

U-23 dünya çempionatı

Yunan-Roma güləşi

55 kq

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Rəşad Məmmədov final qarşılaşmasına çıxıb. Onun rəqibi iranlı Ahmad Vafa olub. 3:11 hesabı ilə uduzan Məmmədov dünya ikincisi olub.

77 kq

Bürünc şansını qoruyan Xasay Həsənli təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdə Temuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 7:1 hesabı ilə qalib gələn Xasay bürüncə yiyələnib.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin