“Qalatasaray”da ciddi itki

Hazırda oxunan: “Qalatasaray”da ciddi itki

217137

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Seneqallı futbolçu Super Liqanın 9-cu turunun "Antalyaspor"la səfər matçında ( 3:0) ayaq əzələsindən zədələnib. 25 yaşlı sol cinah müdafiəçisinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


Qeyd edək ki, "qalatasaray" İsmail Yakobsu bu ilin sentyabr ayında "Monako"dan transfer edib. Seneqal millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin