Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.
İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.
Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:47 / 20.10.2024
Tural Sarıyev Avropa çempionatında gümüş medal qazandı
Hazırda oxunan: Tural Sarıyev Avropa çempionatında gümüş medal qazandı
Hazırda oxunan: Tural Sarıyev Avropa çempionatında gümüş medal qazandı
216949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.