Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu kimi mükafata layiq görülüb.
Bizim.Media xəbər verir ki, ötən gün İspaniyanın "Marca" nəşri 37 yaşlı forvarda futbol sahəsindəki uğurlarını qiymətləndirərək xüsusi mükafat təqdim edib.
Mərasim “İnter Mayami”nin Fort Lauderdeyldəki ev stadionunda baş tutub.
Messi mükafatı “Marca”nın direktoru Xuan İqnasio Qalardo və Amerika klubunun sahibi Xorxe Masdan alıb.
Xatırladaq ki, Messi 2023-cü ilin yay transfer pəncərəsində “İnter Mayami”yə keçmişdi. Messi Argentina millisinin tərkibində 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Forvard həmçinin 8 dəfə "Qızıl top"a layiq görülüb.
Bizim.Media