“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq öz istefası haqda danışıb.
Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o, deyib:
“Bütün səs-küy hekayə və nağıl uyduran mediadan gəlir. Onlar yalan yayırlar. Bəzi jurnalistlər mənə inanmırlar. Onların məqalələrini görmüşəm.
Bu klubda biz birik, buna əminəm. İçəridən baxsanız, klub sakitdir. Əlbəttə ki, harada olduğumuzu və mövqeyimizi müzakirə etmişik və indi yolumuza davam edirik. Biz plana uyğun hərəkət edirik”.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8 xalla 14-cü yerdədir.
Bizim.Media