Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, komandamızın aktivinə mükafatı Marjona Savriyeva yazdırıb.
50 kq çəkidə mübarizə aparan boksçumuz yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə üz-üzə gəlib. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, yarımfinal mərhələsində yığmamızın daha 3 boksçusu rinqə çıxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:26 / 17.10.2024
Boksçumuz Avropa çempionatında bürünc medal QAZANDI
Hazırda oxunan: Boksçumuz Avropa çempionatında bürünc medal QAZANDI
Hazırda oxunan: Boksçumuz Avropa çempionatında bürünc medal QAZANDI
216587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.