İspaniya millisində 96 ildən sonra bir ilk yaşanıb.
Bizim.Media xəbər verir ki, bu, Millətlər Liqasında ötən gecə Serbiya ilə keçirilən oyunda (3:0) qeydə alınıb.
Bu görüşdə “Real”, “Barselona” və “Atletiko”dan heç bir futbolçu İspaniya millisinin start heyətində yer almayıb.
Bu, millinin 104 illik tarixində dördüncü belə haldır. Komanda 1928-ci il Olimpiadasındakı 3 matçda sözügedən 3 klubunun oyunçuları olmadan iştirak edib.
Qeyd edək ki, ilk 4 turda 10 xal toplayan İspaniya yığması qrup lideridir.
Bizim.Media