"Mançester Yunayted" Ferqyusonla müqaviləyə XİTAM VERDİ

Hazırda oxunan: "Mançester Yunayted" Ferqyusonla müqaviləyə XİTAM VERDİ

216231

“Mançester Yunayted”in rəhbərliyi sabiq baş məşqçisi Aleks Ferqyusonla müqaviləyə xitam verib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 82 yaşlı mütəxəssis Mançester klubunun rəsmi səfiri idi. 

Onunla müqaviləyə xitam verməyin əsas səbəbi klubun pula qənaət etmək olduğu bildirilir. A. Ferqyuson həmin vəzifədə ilinə 2.16 milyon funt sterlinq alırdı. 

Qeyd olunur ki, “Mançester Yunayted”un rəhbərliyi Aleks Ferqyusonu yenə də klubun oyunlarında görmək istəyir və mütəxəssisin vacib təsirinə malik olduğuna inanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin