Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.
Məlumata görə, 35 ölkədən 327 idmançının iştirak etdiyi yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.
Ruslan Qədirov (60 kiloqram) 1/16 final çərçivəsində Georgios Georqantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.
Qədirovun uğurunu İlqar Salahov davam etdirib. 67 kiloqramda mübarizə aparan yığma üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq. Azərbaycan çempionata 13 boksçu ilə yollanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:17 / 12.10.2024
İki boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI
Hazırda oxunan: İki boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI
Hazırda oxunan: İki boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI
215780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.