Futbol üzrə Portuqaliya çempionatında çıxış edən "Moreyrense" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 21 futbolçusunun testi müsbət nəticələnib.
Məlumata görə, baş məşqçi və texniki heyətin bütün üzvlərində infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub və ümumilikdə 30 şəxsin testi müsbət nəcitə verib.
"Moreyrense" çempionatda "Pasuş de Ferreyra" ilə matçın təxirə salınmasını tələb edib.
Qeyd edək ki, qarşılaşma noyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlamalıdır.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:19 / 06.11.2020
Portuqaliya komandasının futbolçuları koronavirusa yoluxdu
Hazırda oxunan: Portuqaliya komandasının futbolçuları koronavirusa yoluxdu
Hazırda oxunan: Portuqaliya komandasının futbolçuları koronavirusa yoluxdu
2151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.