Qadın həndbolçulardan ibarət “Azəryol” klubu avrokuboklarda mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində ilk oyununa çıxıb.
Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə görüşüb. Görüş Ukrayna həndolçularının üstünlüyü ilə keçib. Təmsilçimiz 22:36 hesabı ilə uduzub. Hər iki qarşılaşma paytaxtımızda baş tutacaq. “Azəryol” ilk oyunda meydan sahibi sayılıb. Qeyd edək ki, cavab oyunu sabah keçiriləcək.
Avropa kuboku
2-ci mərhələ, ilk oyun
5 oktyabr
17:00. “Azəryol” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna) - 22:36 (12:15)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. AHF Arena
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
07:30 / 06.10.2024
“Azəryol” Ukrayna klubuna UDUZDU
Hazırda oxunan: “Azəryol” Ukrayna klubuna UDUZDU
Hazırda oxunan: “Azəryol” Ukrayna klubuna UDUZDU
214733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.