Çempionlar Liqası: “Arsenal” və “Borussiya” qələbə qazandı - DİGƏR NƏTİCƏLƏR

Hazırda oxunan: Çempionlar Liqası: “Arsenal” və “Borussiya” qələbə qazandı - DİGƏR NƏTİCƏLƏR

214119

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start verilib.

Bizim.Media xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik ediblər.

Günün ən maraqla gözlənilən matçı İngiltərədə baş tutub. “Arsenal” son Fransa çempionu PSJ ilə qarşılaşıb.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya təmsilçisi “Milan” Almaniyada Leverkuzen “Bayer”inə uduzub - 0:1

Gecənin ən çox qol vurulan qarşılaşması Almaniyada olub. "Borussiya Dortmund" doğma meydanda Şotlandiyanın "Seltik" komandasıni 7:1 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

 

"Zaltsburq" (Avstriya) - "Brest" (Fransa) - 0:4

"Ştutqart" (Almaniya) - "Sparta" (Praqa,Çexiya) -1:1

"Arsenal" (İngiltərə) - PSJ (Fransa) - 2:0

"Barselona" (İspaniya) - "Yanq Boys" (İsveçrə) - 5:0

"Bayer" (Leverkuzen, Almaniya) - "Milan" (İtaliya) - 1:0

"İnter" (İtaliya) - "Srvena Zvezda" (Belqrad, Serbiya) - 4:0

"Borussiya Dortmund" (Almaniya) - "Seltik" (Şotlandiya) - 7:1

PSV (Niderland) - "Sportinq" (Lissabon, Portuqaliya) - 1:1

"Slovan" (Slovakiya) - "Mançester Siti" (İngiltərə) - 0:4

 

Qeyd edək ki, Liqa mərhələsinin II turu bu gün keçiriləcək matçlarla başa çatacaq.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin