Neymar sabiq klubuna QAYIDIR

Hazırda oxunan: Neymar sabiq klubuna QAYIDIR

213911

"Əl-Hilal"ın futbolçusu Neymar gələcəyi ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalan 32 yaşlı futbolçu mövsümün sonunda Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Braziliyalı vingerin yeni ünvanı da bəllidir. Ulduz futbolçu ölkəsinə qayıdacaq. Neymar yetirməsi olduğu "Santos" klubuna dönməyi planlaşdırıb.

Qeyd edək ki, Neymar 2013-cü ilin yayında "Santos"dan "Barselona"ya transfer olunmuşdu. 2017-ci ildə "Barselona"nı PSJ-yə dəyişən "sambaçı" ötən ilin yayında "Əl-Hilal"a üz tutub. O, 1 ildən çoxdur zədə səbəbindən oyunlara çıxa bilmir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin