Mbappenin məhkəməsinin vaxtı BİLİNDİ

Hazırda oxunan: Mbappenin məhkəməsinin vaxtı BİLİNDİ

213508

“Real”ın futbolçusu Killian Mbappenin PSJ ilə məhkəmə işi davam edir.

Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı fransalı futbolçu oktyabrın 15-i Fransa Peşəkar Futbol Liqasının (LFP) Birləşmiş Apellyasiya Şurası qarşısında Paris klubu ilə məhkəməyə çıxacaq.

Buna səbəb PSJ-nin LFP-nin Hüquqi Komitəsinin qərarını apellyasiyaya verməsi olub.

Qeyd edək ki, Killian Mbappe yayda PSJ-ni tərk edəndən sonra Fransa klubundan 55 milyon avro məbləğində maaş borcunu qaytarmasını tələb edib. Lakin Paris təmsilçisinin rəhbərliyi futbolçu ilə şifahi razılığın olduğunu bildirib və borcu qaytarmağı imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin