“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Rodri ilə bağlı açıqlama verib.
Bizim.Media İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 28 yaşlı yarımmüdafiəçinin zədəsi haqda danışıb:
“Təəssüf ki, Rodrinin zədəsi ciddidir. Bu səhər çarpaz bağından əməliyyat olundu. Rodri üçün bu mövsüm bitdi. Gələn mövsüm o, burada olacaq”.
53 yaşlı mütəxəssis Rodrinin mövqeyinə mümkün transferdən də söz açıb: “Danışıqlar aparırıq. Mümkün problemləri aşkarlamaq üçün vaxtımız var. Ondan sonra nə etmək istədiyimizi görəcəyik”.
Qeyd edək ki, Rodri bu mövsüm 3 oyuna çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
							19:39 / 27.09.2024
							
						Qvardiola Rodrinin son vəziyyətini AÇIQLADI
						
							
								Hazırda oxunan: Qvardiola Rodrinin son vəziyyətini AÇIQLADI							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Qvardiola Rodrinin son vəziyyətini AÇIQLADI							
						213473
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































