Məşhur italiyalı jurnalistdən Qurban Qurbanovun Londondakı tıxacla bağlı fikirlərinə REAKSİYA – FOTO

Hazırda oxunan: Məşhur italiyalı jurnalistdən Qurban Qurbanovun Londondakı tıxacla bağlı fikirlərinə REAKSİYA – FOTO

213393

Tanınmış idman jurnalisti Fabritsio Romano “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Tottenhem”lə ilk tur oyunundan öncə üzləşdiyi tıxac problemi ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, italiyalı jurnalist “Qarabağ”ın baş məşqçisi Qurbanov “Tottenhem”lə matç öncəsi tıxaca əsəbiləşib!” başlığı ilə paylaşım edib və ondan sitat gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov: “Tıxacda qalmağımız oyuna təsir etdi”


O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun matçdan sonra keçirilmiş mətbuat konfransında həmin hadisə barədə səsləndirdiyi fikirləri öz feysbuk səhifəsində paylaşıb. 

İki saat yarımdan çox tıxacda qaldıqlarını bildirən Qurbanov bunun komandaya mənfi təsir göstərdiyini vurğulayıb: 

“Bunu bəhanə gətirə bilmərəm. Amma belə olmamalı idi. Bizi müşayiət edən polis yox idi. Bu, futbolçularımızın çıxışına böyük təsir göstərdi. Buna baxmayaraq, rəqibimizin gücünü də qeyd etmək lazımdır. Etiraf edirik ki, “Tottenhem” yaxşı komandadır. Ancaq stadiona çatan kimi bizə dedilər ki, 40 dəqiqə sonra oynamalıyıq. Kifayət qədər hazır deyildik. Belə şeylər baş verməməlidir”. 

Xatırladaq ki, Londondakı tıxaca görə Ağdam klubunu "Tottenhem Hotspur" stadionuna aparan avtobus gecikib.

Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlamalı olan görüş UEFA nümayəndələrinin qərari ilə 35 dəqiqə gec start götürüb. Qarşılaşma “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin