“Milan” fransalı qapıçı ilə müqaviləni uzadacaq

Hazırda oxunan: “Milan” fransalı qapıçı ilə müqaviləni uzadacaq

213360

İtaliyanın "Milan" klubu qapıçı Mayk Menyanla bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi fransalı qolkiperin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Milan" artıq 29 yaşlı qapıçı ilə razılıq əldə edib. Tərəflər arasında tezlikıə 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanacaq. Təcrübəli "əlcək sahibi"nin illik maaşı bonuslarla birlikdə 7 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "qırmızı-qaralar"ın heyətində 6rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin