Bosniyalı futbolçu Miralem Pyaniçin yeni klubu rəsmiləşib.
Bizim.Media xəbər verir ki, o, karyerasını Rusiyanın SSKA klubunda davam etdirəcək.
34 yaşlı yarımmüdafiəçi Moskva təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. O, Rusiya klubuna azad agent kimi keçib və illik 1 milyon avro+bonus qazanacaq.
Qeyd edək ki, Miralem Pyaniçin son klubu "Şarjah" (Birləşmiş Ərəb Əmirlikləri) olub. O, karyerası ərzində "Metz", "Lion", "Roma", "Yuventus", "Barselona", "Beşiktaş"da da oynayıb.
BizimMedia
- A-
- A
- A+
İdman
07:28 / 27.09.2024
Pyaniçin yeni klubu rəsmiləşdi
Hazırda oxunan: Pyaniçin yeni klubu rəsmiləşdi
Hazırda oxunan: Pyaniçin yeni klubu rəsmiləşdi
213352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.