Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirlən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Nərimanov Rayon İdarəsinin əməkdaşı Ceyhun Əsədov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, bir çox şəhid ailələri, fəal gənclər və məktəblilər iştirak etdiblər.
Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu gün Mahirin doğum günü olsa da, çıxışlar zamanı hər bir Şəhidimiz anıldı. Tədbirdə digər Şəhid analarına söz verildi. Onların qəhrəmanlıqlarından söz açıldı.xa0










Şəhidimizin atası göstərilən bu diqqət və qayğıya görə Nərimanov rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi. Şəhidimizin atası Sabir Mirzəyev çıxışı zamanı hamıya minnətdarlıq edərək, onlara belə bir gündə ancaq təsəlli lazım olduğunu bildirdi.
Moderator.az xəbər verir ki, tədbirdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin Rəisi Nəcəf Novruzov bütün şəhid ailələrini salamlayaraq Mahir və bütün Şəhidlərin necə uca zirvəyə yüksəldiklərindən söz açdı
Nəcəf Novruzov həmçinin Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilənxa0 şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol, valeybol və s idman növləri üzrə turnirlərdən və onun gələcək nəsil üçün əhəmiyətindən söz açdı:
“Əvvəlcə tədbirdə iştirak edən hər kəsi başda Şəhid valideyinlərini salamlayıram və qarşılarında baş əyirəm. Bu oğulları siz bu tərbiyə də böyütmünüz. Onlar sizin məktəbinizi keçdi ki, bu gündə onlar ən uca zirvəyə, Şəhidlik zirvəzinə ucaldılar. Onlar hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Aprel həm hərbi rəhbərlik, həm də cəmiyyət üçün gözlənilməz oldu. Ancaq Cənab Prezidentimiz İlham Əliyevin güclü siyasəti və ordumuzun əzimkarlığı, döyüş ruhlarının yüksək olması nəticəsində Ermənistana layiqli cavab verə bildik. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanmaq əzmindədir.
Biz Nərimanov Rayon Gənclər və İdman İdarəsi olaraq, Şəhidlərimizin xatirəsinə həsr edilmişxa0idman yarışları keçiririk. Elə bu yaxınlarda da Şəhidimiz Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol turniri keçirildi.xa0Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi ve idmanın kütləviliyinin təmin edilməsi, basketbol idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.xa0Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur."
Daha sonra Şəhidimizin xatirəsinə həsr olunmuş oyunlarda qalib gəlmiş məktəblilərxa0sertifikat və medallarla təltif olundular.































































































