Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, birinci oyun günündə 9 görüş keçiriləcək. “Qalatasaray” Yunanıstan PAOK-unu qəbul edəcək.
Günün dgər maraqlı oyunlarında “Mançester Yunayted” “Tvente”ni, “Portu” isə “Bodo-Qlimt”i sınağa çəkəcək. Azərbaycan təmsilçisi “Qarabağ” ilk oyuna sabah çıxacaq. Qurban Qurbanovun yetirmələri “Tottenhem”lə qarşılaşacaq.
Avropa Liqası
Liqa mərhələsi, I tur
20:45. Alkmaar (Niderland) – Elfsborq (İsveç)
20:45. Bodo-Qlimt (Norveç) – Portu (Portuqaliya)
23:00. Anderlext (Belçika) – Ferentsvaroş (Macarıstan)
23:00. Dinamo (Kiyev, Ukrayna) – Latsio (İtaliya)
23:00. Qalatasaray (Türkiyə) – PAOK (Yunanıstan)
23:00. Ludoqorets (Bolqarıstan) – Slaviya (Praqa, Çexiya)
23:00. Mançester Yunayted (İngiltərə) – Tvente (Niderland)
23:00. Midtyulland (Danimarka) – Hoffenhaym (Almaniya)
23:00. Nitsa (Fransa) – Real Sosyedad (İspaniya).
Bizim.Media
- A-
- A
- A+
İdman
10:40 / 25.09.2024
Avropa Liqası: “Qalatasaray” PAOK-la qarşılaşacaq
Hazırda oxunan: Avropa Liqası: “Qalatasaray” PAOK-la qarşılaşacaq
Hazırda oxunan: Avropa Liqası: “Qalatasaray” PAOK-la qarşılaşacaq
213059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.