Nəticə gözlədiyimiz kimi olmadı.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunda debüt edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram hesabında yazıb.
II Bundesliqada "Herta"ya qarşı VI turun matçının 39-cu dəqiqəsində meydana çıxan 27 yaşlı hücumçu məğlub olduqları üçün təəssüfləndiklərini bildirib:
"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, matç "Nürnberq"in 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Bizim.Media