Son turda qadın şahmatçılarımız UDUZDU

Hazırda oxunan: Son turda qadın şahmatçılarımız UDUZDU

212638

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.

Harika Dronavalli - Günay Məmmədzadə 1:0

Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva 0,5:0,5

Deşmux Divya - Gövhər Beydullayeva 1:0

Vantika Aqraval - Xanım Baladjayeva 1:0

Qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin