Millimiz yenə Çexiyaya uduzdu

Hazırda oxunan: Millimiz yenə Çexiyaya uduzdu

212439

Azərbaycanın futzal millisi növbəti yoldaşlıq oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Zlin şəhərində baş tutan Çexiya ilə ikinci duelə baş məşqçi fərqli heyətlə başlayıb.

Qapını bu dəfə Kamran Hacıyev qoruyurub. Ötən oyunda debüt edən Fərid Abbasov isə bu dəfə “ilk dördlük”də meydana çıxdı.

Əvvəlki matçda komandamızın ən yaxşısı seçilən Ülvi Əliyev 26-cı saniyədə rəqib qapıçının səhvindən maksimum yararlanıb və hesabı açıb. Rəqib ardıcıl 2 qol vurmaqla hesabı lehinə dəyişsə də, Əliyev 6-cı dəqiqədə rəqib qapıçının çərçivəni “itirməsi”ndən məharətlə istifadə edib uzaq məsafədən rəqib torunu növbəti dəfə silkələyib. Birinci hissə bu hesabla yekunlaşıb.

İkinci hissədə qapını Vladik Reznov qoruyub. Fasilədən sonra daha fəal olan meydan sahibləri hesabı xeyrinə dəyişməklə bərabər üstünlüyünü də artırıb. Görüş millimizin 6-2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında 1 gün əvvəl keçirilən görüşdə meydan sahibi komanda 3:0 hesablı qələbə qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin