Agenti Yaroslav Zidekin sözlərinə görə, Çexiyanın "Kladno" klubunda çıxış edən 52 yaşlı hücumçu Yaromir Yaqr karyerasının son mövsümünü keçirir.
Bizim.Media bu barədə “Pressball”a istinadən xəbər verir. "Yaromir hokkeyi çox sevir. Səhhəti çox yaxşıdır, intizam problemi yoxdur.
Məhz bu səbəbdən o, hokkey oynamağa davam edir. İndi o, hokkeydə ən yaşlı idmançıdır. "Pardubitse" ilə matçdan əvvəl Yaromir rəsmi olaraq bu mövsümün onun karyerasında sonuncu olacağını bildirib", - deyə Yaroslav Zidek açıqlayıb.
Ötən mövsüm 52 yaşlı veteran Çexiya müntəzəm çempionatında 15 oyun keçirib və 4 məhsuldar ötürmə edib. Bu, forvard üçün NHL-dən qayıtdıqdan sonra yeddinci mövsümdür. O, 2017/18 mövsümündə doğma "Kladno" klubunda oynamağa başlayıb.
Qeyd edək ki, NHL-də Yaromir Yaqr müntəzəm çempionatların 1733 oyununda çıxış edib və 1921 (766+1,155) xal toplayıb. Çexiyalı hokkeyçi liqa tarixində bombardirlər siyahısında ikincidir.
Rəşad Rafiqoğlu, Bizim.Media