Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun irsi həm davamçıları, həm də soydaşları tərəfindən davam etdirilməlidir.xa0
Bu istiqamətdə ən böyük addımı onun elmi irsinin varisi, dünya çapında tanınan həmyerlimiz, professor Rafiq Əliyev atıb. Rafiq Əliyev Zadənin ona vəsiyyət etdiyi mirası “Lütfi Zadə irsi və Süni İntellekt”x9d Assosiasiyasına bağışlamaqla Zadə irsinin təbliği ilə yanaşı, gənc alimlərin uğurlarına da töhfə verəcək.
Rafiq Əliyev həm də dünyada Lütfi Zadəxa0 şəxsiyyəti və elmi irsinin ən yaxşı bilicisidir. 40 ildən artıq dönəmdə onunla birgə müxtəlif elmi layihələr üzərində işləyib.
Professor Rafiq Əliyev Moderator.az-a Lütfi Zadənin şəxsiyyəti, Azərbaycana bağlılığı həmçinin, zəngin elmi irsi barədə silsilə müsahibələr verib.xa0
Silsilənin birinci müsahibəsində biz Lütfi Zadə şəxsiyyətini daha yaxından tanıyacaq, Azərbaycana bağlılığını faktlar əsasında öyrənəcəyik:
-Rafiq müəllim, Lütfi Zadə ilə ən çox ünsiyyətdə, elmi fəaliyyətdə olan alim sizsiniz. Mümkünsə, onunla ünsiyyətdən aldığınız təəssüratların bəzi cizgilərinixa0 bizimlə bölüşə bilərsiniz?
-O, bəstəboylu, zəifbədənli, ancaq eyni zamanda çox səliqəli və ciddidir. Elə ilk baxışda onun xeyirxahlığı, həmsöhbətinə qarşı yüksək diqqət və hörməti, qəribə təvazökarlığı, öz şəxsiyyətinin böyüklüyünə heç bir eyhamın hiss olunmaması adamı heyrətləndirir. (Söhbət Lütfi Zadənin getdiyi üçün Rafiq Əliyev keçmiş zaman şəkilçisindən istifadə etmək istəmir. E.N.)xa0
xa0Ünsiyyətin birinci dəqiqələrində siz onun yüksək ziyalılığının və cazibəsinin əsiri olursunuz. Onunla baxışlarınız qarşılaşanda başa düşürsünüz ki, gözlərindəki dərin zəka güzgüdəki kimi əks olunur.xa0 Siz qeyri-iradi alimin güclü intellektual cazibəsinin təsiri altına düşürsünüz.xa0
-Zadə ilə ünsiyyətinizdə Azərbaycan nə dərəcədə “iştirak edirdi”x9d? Yəni, elmi fəaliyyətdə olsanız belə, söhbətlərinizdə Azərbaycan faktoruna nə dərəcədə yer ayrılırdı?
xa0-Lütfi Zadə ilə ünsiyyət zamanı mən belə bir böyük alimi yetişdirən torpaqdan olduğum üçün iftixar hissi keçirirdim. İsər-istəməz ümumi tarixi və genetikxa0 köklər vasitəsilə onun fenomeni ilə şəriklik qüruru yaşayırdım. Demək lazımdır ki, Azərbaycandan uzun müddət ayrı qalmasına baxmayaraq, o, öz vətəninə incə məhəbbəti qoruyub saxlamış, son illərdə alimin Azərbaycanla elmi əlaqələri nəzərə çarpacaq dərəcədə genişlənmiş və möhkəmlənmişdi.xa0
-Ölkəmizdə Zadə haqqında hamı danışır. Amma demək olar ki, heç kəs Zadəni, onun şəxsiyyət kimi özəlliklərini, fərdi göstəricilərini bilmir. Bir az bu barədə danışaq: Zadəni böyük edən özəl xüsusiyyətlə nələr idi?
-Həm Zadənin biblioqrafiyasında, həm də onun dünya elminə verdiyi unikal töhfədəxa0 dahilik birinci yerdə durur.xa0
Bunlarla yanaşı, Zadəni 1965-ci ildən yaxından tanıyan bir şəxs kimi onun başqa xüsusiyyətlərini də qeyd etmək istərdim: Müstəqillik- bunu mən onun qeyri-standartlığında, qeyri-şablon təfəkküründə, başqasının nüfuzu qarşısında çəkinməkxa0 hissinin olmamasında, zehinlərdə təşəkkül tapmış köhnə təsəvvürlərə uymamaq bacarığında görürəm.xa0
Çeviklik- O, mövcud qaydalara və şablonlara əməl etməkdə sərbəstdir. Eyni zamanda keçmiş təcrübəni qəbul edərək, lazımı nəticə çıxara bilir.xa0
Yüksək tolerantlıq ”“ Bu, onun ən yaxşı xüsusiyyətlərindən biridir. Zadədə mürəkkəb, qeyri-müəyyən və çətin həll olunan məsələlərə və hallara tolerantlıq qabiliyyəti çox yüksəkdir. Nəzərə çarpan xaosda gizli qanunauyğunluqlar görmək bacarığı onda çox güclüdür. Yüsək inkişaf etmiş estetik duyum, gözəlliyə və ahəngdarlığa həssaslıq ona məxsus hisslərdir.xa0xa0
-Rafiq müəllim, özəl xüsusiyyətləri sadalayanda dahiliyi birinci dediniz. Ümumiyyətlə, nədir dahilik? Dahi kimlərə deyilməlidir?
- “Fərdilik”x9d nöqteyi”“nəzərinə uyğun olaraq, dahi o kəsdir ki, say-seçməlik əlamətini özündə təcəssüm etdirir, öz zəmanəsini qabaqlayır və onun nailiyyətləri ya layiqincə qiymətləndirilir, ya da tanınmamış qalır. Bütün hallarda dahi olan şəxs cəmiyyətin fövqündə durur.xa0 Zənnimcə, dahinin fərdiliyi və ümumi fəaliyyəti daha dürüst 3 koordinatla-predmet-məntiq, sosial-tarixi və şəxsi-psixoloji- səciyyələnir.xa0
Yaradıcı dahilər toplanmış bilikləri və mövcud nəzəriyyələri sintezləşdirməyə və “qeyri-müəyyənliyə sıçrayış “ etməyə qadirdirlər ki, bunlar da elmdə inqilabi dəyişikliyə səbəb olur.xa0
-Təbii ki, bunlardan biri də böyük Lütfi Zadədir. Maraqlıdır, Zadə olmasaydı, dünyaya gəlməsəydi, bəşər elmini dəyişən “qeyri-səlis məntiq”x9d kimi nəzəriyyə yaranardımı?
-Elm tarixi prosesinə Laplas determinizmi kimi baxmaq olmaz. İdeya ilə onu doğuran şərait arasında həmişə mütəfəkkir şəxsiyyət durur. Elə bir şəxsiyyət ki, onun subyektiv olaraq məruz qaldığı problemi, məqsədqoyma bacarığı, fərdi tanınma seçimi, təkrarolunmaz təfəkkür tərzi və mənəvi aləmi var. Əgər Zadə bu dünyaya gəlməsəydi, yəqinxa0 ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsi 1965-ci ildə yox, 2065-ci ildə yaranardı. Aristotelin binar məntiqi, Lukaseviç və digər alimlərin çox qiymətli məntiqləri nə vaxt təklif edilmiş olsaydı da, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin yaradılmasının öhdəsindən təkcə Zadə gələrdi.
-Rafiq müəllim, Zadənin qeyri-səlis məntiqindən danışanda bir ifadə işlətmisiniz: “bu nəzəriyyə mənə elmdən çox, dini xatırladır”x9d. Mümkünsə, oxucular üçün bu tezisi açıqlayaq...
-Dahilərinxa0 nəzəriyyələri müasirlərinə güclü təsir göstərir, köhnə çərçivələri sökür,xa0 yeni axın yaradır, onların istinad göstəricisi çox böyük olur. Bu baxımdan, Zadəni səciyyələndirsəm, qeyd etməliyəm ki, onun qeyri-səlis məntiqi əhatə dairəsinəxa0 və yayılma sürətinə görə elmdən çox dini xatırladır. Mübaliğəsiz, bu gün dünyanın bütün ölkələrində insanlar bu və ya digər fomada, yəni, universitet və orta məktəb vasitəsilə, yaxud məişət məhsulları alarkən qeyri-səlis məntiqlə təmasda olurlar. Uzun müddətdən bəri elmi yaradıcılıqla məşğul olan və azdan-çoxdan dünya elmi ədəbiyyatına bələd olan bir şəxs kimi deməliyəm ki, Z.Freyddən sonra Zadə qədərxa0 yüksək istinad göstəricisinə malik alim tanımıram.xa0
-Şablon da olsa, bu sualı verim. Çünki yeridir: Zadə buna necə nail oldu?
-Zadənixa0 xarakterizə edən əsas xüsusiyyətlər-onun böyük istedadı, qeyri-standart təfəkkürü, problemə unikal yanaşma qabiliyyəti, ənənəvi təsəvvür və çərçivələri şübhə və təxəyyül ilə aşması, tədqiqatda gizlixa0 məqamları aşkar etməyə imkan verən çılğın tədqiqatçı intuisiyasıdır. Məhz bu keyfiyyətləri və hədsiz işgüzarlığı ona nəinki humanitar və təbiət elmlərinə böyük təsir edən, hətta qərarların qəbul edilməsi və idarəetmə nəzəriyyəsi sahəsində fundamental təsəvvürləri kökündən dəyişdirən inqilabi nəzəriyyələr yaratmağa imkan verdi.xa0
-Bu inqilabi işi daha çox qeyri-səlis məntiq nəzəriyyəsi ilə gördü?
-O,xa0 bu nəzəriyyə ilə özünün orijinal, amma əvvəlcə “ortodokslar”x9d tərəfindən qəbul edilməyən ideyalarını inkişaf etdirərək göstərdi ki, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə - 1- doğru, 0-yanlış -xa0 ilə deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Beləliklə, binar- ikili məntiq və çoxluqlar nəzəriyyəsinə əsaslanan riyaziyyat qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi sayəsində genişlənərək, yeni məzmun kəsb etdi. Bununla da riyaziyyatın klassik və qeyri-səlis riyaziyyata differensiyası baş verdi. Konseptual əsaslarda belə ciddi tədqiqatlar təbii ki, elmdə, hətta incəsənətdə də inqilabi dəyişikliklərə gətirib çıxardı. (qeyd edək ki, qeyri-səlis məntiq haqqında Rafiq müəllimə silsilənin üçüncü hissəsində daha ətraflı danışacağıq)
-Bütün bunları nəzərə alaraq, Zadəyə romantik alim deyə bilərik?
-Qərbin məşhur elmi ədəbiyyatlarında böyük alimləri şərti olaraq iki kateqoriyaya bölürlər: romantik alimlər və klassik alimlər.xa0
Birincilər ideyalar generatoru olmaqla, həyatı boyu bir sıra orijinal nəzəriyyələr təklif edirlər. Belə ki, onların hər biri 3-5 məqalə və ya kitab nəşr etdirirlər. Başqa sözlə, elm binasının əsasını qoyurlar. Sonra bütün dünyanın minlərlə alimi bu binanı tikib qurtarır. İkincilər isə bu binanın memarlarıdır. Heç bir tərəddüdsüz deyə bilərik ki, beş fundamental nəzəriyyəyə imza atmış Zadə romantik alimdir.xa0
xa0-Bəs, bu “romantik ideya”x9dlarla Zadəxa0 bəşəriyyətin düşüncə tərzini necə dəyişdirdi?
-Praktiki elmi tədqiqatlarda qeyri-müəyyənliyin qeyri-səlis ölçüsünün daxil edilməsi təbiətdə, cəmiyyətdə, mikro və makro aləmdə baş verən proseslərə adekvat olan qeyri-müəyyənliyin nəzərə alınmasını mümkün etdi. Məhz buna görə də qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi nəinki dialektik təsdiqini tapmış yeni elmi istiqamətin yaranmasına, həmçinin, daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni fəlsəfi dünyagörüşün əmələ gəlməsixa0 və başa düşülməsinə səbəb oldu.
-Rafiq müəllim, Zadə cismən də olsa, dünyasını dəyişdi. Azərbaycan torpağında dəfn edildi. Zadə ilə bağlı bir cəmiyyət və ziyalı toplum olaraq, bundan sonrakı əsas vəzifəmiz nə olmalıdır?
-Bundan sonra Lütfi Zadənin elmi irsini öyrənmək, geniş yaymaq, Lütfi Zadə dühasına sadiqlik əsas vəzifəmiz kimi qarşımızda durur.
(ardı var)
Elmin Nuri




























































































