Xankəndidə qəzada ağır yaralanan PFL prezidenti işinə qayıtdı - VİDEO

Hazırda oxunan: Xankəndidə qəzada ağır yaralanan PFL prezidenti işinə qayıtdı - VİDEO

210652

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən avtomobildə ağır xəsarət alan, ölkəmizdə və qardaş Türkiyədə əməliyyatlar keçirən, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gündən etibarən işə çıxıb. 

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Elxan Səmədov bu gün AFFA-nın inzibati binasını ziyarət edib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Peşəkar Futbol Liqasının prezidenti Xankəndinə gedərkən QƏZAYA DÜŞDÜ - VİDEO


Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin