Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar.
Bizim.Media Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) buna Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla nail olublar.
Qızlardan ibarət yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə iki qızıl mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən gün oğlanlardan Nizami İmranov (60 kq) gümüş medal əldə edib. İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci pillədə qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:23 / 06.09.2024
Gənc cüdoçularımız 25 ildən sonra rekordu təkrarladılar
Hazırda oxunan: Gənc cüdoçularımız 25 ildən sonra rekordu təkrarladılar
Hazırda oxunan: Gənc cüdoçularımız 25 ildən sonra rekordu təkrarladılar
210226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.