“Gəncə”də yeni legioner

Hazırda oxunan: “Gəncə”də yeni legioner

209707

Azərbaycanın “Gəncə” voleybol klubu yeni əcnəbi ilə güclənib. 

Bizim.Media xəbər verir ki, Tailand millisinin blokçusu Bunlert Tiçak komandaya yeni qoşulub. 

O, ötən mövsümü öz ölkəsində “Diamond Food Fine Chief”də oynayıb. Voleybolçu üçün bu, karyerasında ilk xarici təcrübə olacaq.

“Gəncə” blok mövqeyində təkcə Tiçakla möhkəmlənməyib. Daha əvvəl komandaya rusiyalı Anastasiya Atepalina da qoşulub.

Qeyd edək ki, “Gəncə” daha əvvəl üç azərbaycanlı voleybolçunun transferini həyata keçirib. “Murov Az Terminal”dan Əminə Ramazanova, “Azərreyl”dən isə Xanım Cəlilova ilə Asiya Abuyeva klubun heyətində yer alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin